Qanunsuz dini təbliğat aparan 138 nəfər saxlanıldı
![Qanunsuz dini təbliğat aparan 138 nəfər saxlanıldı Qanunsuz dini təbliğat aparan 138 nəfər saxlanıldı](https://azvision.az/photos/16426548_813409925465980_1601730042_n_1500466255.jpg)
Ümumilikdə bu ilin 6 ayı ərzində "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilib. Onlardan 1066 ədəd dini ədəbiyyat, 102 ədəd CD və DVD, 16 ədəd audio kaset, 94 ədəd jurnal aşkar edilərək götürülüb. Görülən tədbirlər nəticəsində 1 fakt üzrə cinayət işi başlanılıb.
Götürülmüş dini təyinatlı ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.
AzVision.az
Teqlər: DİN