Gəncədə ana və övladını maşın vurub
![Gəncədə ana və övladını maşın vurub Gəncədə ana və övladını maşın vurub](https://azvision.az/photos/gencetv_1500580411.jpg)
Yolu keçən ana və övladı “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Nəqliyyat vasitəsi daha sonra “Daewoo” markalı avtomobilə çırpılıb. Sürücü dərhal yaralıları şəhərdəki xəstəxanalrdan birinə aparıb. Göstərilən tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının vəziyyəti isə ağır qiymətləndirilir. Sürücü hadisədən sonra polisə təslim olub.
Faktla bağla araşdırma aparılır.
AzVision.az
Teqlər: Gəncə