Azərbaycanda 241 nəfər dərmandan zəhərlənib
![Azərbaycanda 241 nəfər dərmandan zəhərlənib Azərbaycanda 241 nəfər dərmandan zəhərlənib](https://azvision.az/photos/maqsudov_1500624938.jpg)
Baş toksikoloq qeyd edib ki, 41 nəfəri ilan, 3 nəfəri isə əqrəb sancıb. Onun sözlərinə görə, 2 nəfər sirkə turşusundan baş vermiş zəhərlənmə nəticəsində ölüb.
O, vurğulayıb ki, bir neçə gün əvvəl Sumqayıtda kanalizasiya quyusuna düşən fəhləni xilas edərkən zəhərlənən Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 əməkdaşı da şöbəyə gətirilib: “Dörd nəfərdən ikisi koma, ikisi isə orta-ağır vəziyyətdə şöbəyə çatdırılmışdı. Həkimlərin gərgin əməyi nəticəsində FHN-nin zəhərlənmiş dörd əməkdaşı tam şəkildə həyata qaytarılıb”.
Şöbə müdiri region xəstələrində ilan zəhərinə qarşı zərdabların olmaması barədə fikirlərə də münasibət bildirib. O qeyd edib ki, hər bir mərkəzi rayon xəstəxanası ilan zəhərlənmələri əleyhinə zərdablarla tam təmin olunub.
Aytən Zəhra
AzVision.az
Teqlər: Dərman