Fövqəladə Hallar Nazirliyindən
AzVision.az-a verilən məlumata görə, yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğın zamanı Universitetin əsas binasında qəbul imtahanları gedib.
AzVision.az