Ora dünyanın ən isti bölgəsidir
![Ora dünyanın ən isti bölgəsidir Ora dünyanın ən isti bölgəsidir](https://azvision.az/photos/istibplge_1500800570.jpg)
2004-2007-ci və 2009-cu illərdə Yer kürəsində ən isti temperatur burada qeydə alınıb. 2005-ci ildə müşahidə olunan 70,7° C temperatur isə yeni rekordu müəyyənləşdirib və planetin ən isti bölgəsi kimi təsdiq edilib. Canlıların yaşamadığı səhrada havanın orta illik temperatur göstəricisi 49,6° C, yay fəslində isə 58,3° C-yə bərabərdir.
Bundan əlavə, Tailandın paytaxtı Banqkok da dünyanın ən isti bölgələri sırasındadır. Havanın orta illik temperaturunun 27,7° C olduğu həmin şəhərdə yüksək hərarət dekabrın sonu, hətta yanvarın əvvəllərinə qədər davam edir. Banqkok Dünya Meteorologiya Təşkilatı tərəfindən planetin ən isti şəhəri seçilib. Buna səbəb isə isti havanın uzun müddət davam etməsi və hətta gecələr belə temperaturun çətinliklə aşağı düşməsidir. (AzərTAc)
AzVision.az