Bakı-Qazax yolunda ağır qəza - 5 nəfər yaralanıb
![Bakı-Qazax yolunda ağır qəza - 5 nəfər yaralanıb Bakı-Qazax yolunda ağır qəza - 5 nəfər yaralanıb](https://azvision.az/photos/0d8b4bdd-edbc-4755-8769-b27ad26205d6_292_1500832053.jpg)
Hadisənin baş verdiyi zaman yolun sağ tərəfində hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobilin sürücüsünün diqqəti qəzada olduğundan o da qarşıdakı "Lada" markalı avtomobilə çırpılıb və yoldan çıxıb.
Bildirilib ki, üçüncü qəza "Lada"nın sürücüsünün də diqqətinin sol tərəfdə baş vermiş avtomobil qəzasında olduğundan sürəti azaltması səbəbindən baş verib. "Lada" markalı avtomobildəkilər musiqiçi olublar və şənlik evinə gedirlərmiş.
Qəza zamanı "Kamaz"ın sürücüsü ağır, digər avtomobillərin sürücüləri və 2 sərnişin isə yüngül xəsarət alıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. (Report.az)
AzVision.az
Teqlər: Qəza