Ad günü keçirən ailə kababdan zəhərləndi
![Ad günü keçirən ailə kababdan zəhərləndi Ad günü keçirən ailə kababdan zəhərləndi](https://azvision.az/photos/kakak_1500881249.jpg)
“5 nəfər özünü yaxşı hiss etmədiyi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasının yoluxucu şöbəsinə müraciət ediblər. Hadisə günorta 3 radələrində olub. Bir saatdan sonra 4 nəfərin mədəsi yuyularaq evə buraxılıb. Bir nəfər 1935-ci il təvəllüdlü Raya Əliyeva reanimasiyaya yerləşdirilib. Buna səbəb isə qadında digər xəstəliklərin əlamətləri, ürək çatışmazlığının müşahidə edilməsi olub. Raya Əliyeva Gəncə şəhər Mərkəzi xəstəxanasına köçürülüb. Onların yol kənarındakı restoranda kabab yediyi və ondan zəhərləndiyi ehtimal edilir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: kabab zəhrələnmə