Füzulidə mina tapılıb
![Füzulidə mina tapılıb Füzulidə mina tapılıb](https://azvision.az/photos/fuzulimina_1500914346.jpg)
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən su nasos stansiyasının yaxınlığına baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş minanın ətrafında 500 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.
AzVision.az