Bu gün Bakıda 34 dərəcə isti olacaq
![Bu gün Bakıda 34 dərəcə isti olacaq Bu gün Bakıda 34 dərəcə isti olacaq](https://azvision.az/photos/proqnoz_1500971970_1501045959.jpg)
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85%, gündüz 45-55% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
AzVision.az