Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir
![Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir](https://azvision.az/photos/dish_azercell_02_1501078580.jpg)
Ümumilikdə yanvar-iyun ayları ərzində 323 nəfər müayinədən keçib.
Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar, Lənkəran, Lerik və Balakəndə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Biləsuvarda yerləşən Qaçqın düşərgəsində və internat məktəbində uşaqlara xidmət göstərib.
Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Fəaliyyət göstərdiyi 6 il ərzində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu təqdirdə müalicə alıb.
Teqlər: #Azercell