Bakıda evdən 6 minlik qızıl oğurlandı
![Bakıda evdən 6 minlik qızıl oğurlandı Bakıda evdən 6 minlik qızıl oğurlandı](https://azvision.az/photos/f08993d8-31ae-4c28-9bdf-bcb21a6198bc_1501148395.jpg)
Məlumatla əlaqədar yaradılan əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalara başlanılıb. Görülmüş tədbirlərlə oğurluğun mənzil sahibəsinin tanışları Elşad və Qismət adlı şəxslər tərəfindən törədilməsinə dair şübhələr yaranıb.
Əməliyyat-axtarış tədbirləri ilə qısa vaxt ərzində onların yeri müəyyənləşdirilərək şübhəli şəxs qismində saxlanılıb, 39-cu Polis Bölməsinə gətiriliblər.
Araşdırmalarla onların Abşeron rayon sakini Qismət Nəsibov və Ağdam rayon sakini Elşad Hüseynov olmaları müəyyən edilib. Əsaslı dəlillər qarşısında onlar həmin tanışlarının mənzilindən mart ayından etibarən nəzərə çarpdırmadan müxtəlif qızıl əşyalarını oğurladıqlarını etiraf ediblər. Faktla əlaqədar cinayət işi başlanılıb.
AzVision.az