FHN statistika açıqladı: 83 nəfər ölüb
2017-cı ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5244 çıxış edilib.
Onlardan:
çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar – 1076 çıxış;
açıq sahələrdə yanğınlar –2901 çıxış;
meşə və meşə talalarında yanğınlar 2;
nəqliyyat vasitələrində yanğınlar – 155 çıxış;
digər yanğınlar – 1110 çıxış təşkil etmişdir.
Yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 98 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 17 nəfər və ya 94%, xəsarət alanlar üzrə 41 nəfər və ya 72% çoxdur.
AzVision.az
Teqlər: Yanğın FHN Statistika