Bakıda qadın kirayə qaldığı evdən oğurluq edib
![Bakıda qadın kirayə qaldığı evdən oğurluq edib Bakıda qadın kirayə qaldığı evdən oğurluq edib](https://azvision.az/photos/a2a8c14634_1501238581.jpg)
“İsti izlər”lə keçirilmiş əməliyyat tədbirləri ilə polis əməkdaşlarında oğurluğun həyətdə kirayədə yaşayan şəxs tərəfindən törədilməsinə dair şübhələr yaranıb. Kirayəşin şübhəli şəxs qismində Polis Bölməsinə dəvət olunub. Araşdırmalarla onun Neftçala rayon sakini İlahə Əsədova olması müəyyən edilib.
Əsaslı dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib. Ev sahibinin işdə olduğu müddətdə ora daxil olduğunu, pulun saxlandığı yerdən şübhə doğurmaması üçün ümumi məbləğdən 3350 manatı götürdüyünü, ələ keçirdiyi puldan müəyyən qədər kosmetik əşyalara xərclədiyini, qalan məbləğin isə evində olduğunu etiraf edib. Polis əməkdaşları tərəfindən həmin pul onun kirayədə qaldığı evdən, döşəyin altından aşkar edilərək maddi sübut kimi götürülüb. İ.Əsədova saxlanılıb, faktla əlaqədar cinayət işi başlanılıb.
AzVision.az