Dənizdə batan azyaşlı xilas edilib

Dənizdə batan azyaşlı xilas edilib
  29 İyul 2017    Oxunub:1382
Səhər saatlarında Xəzərdə 1 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər azyaşlının dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri azyaşlını sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:00-da başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti