Bakıda içi pulla dolu seyf oğurlanıb

Bakıda içi pulla dolu seyf oğurlanıb
  29 İyul 2017    Oxunub:1881
Bakıda mağazadan içərisində 18 min manat pul olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki mağazalardan birindən içərisində 18 000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nizam Cavadzadə tutulub, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti