Zaqatalada 150 ədəd fındıq ağacı yanıb

Zaqatalada 150 ədəd fındıq ağacı yanıb
  29 İyul 2017    Oxunub:1981
Zaqatalada yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Zaqatala rayonu, Çüdülübinə kəndində 7 ha quru ot, kol-kos və vətəndaşa məxsus bağ sahəsində 250 ədəd fındıq ağacının 150 ədədi qismən yanıb.

Fındıq bağı yanğından mühafizə olunub.

Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Zaqatala   Yanğın  





Xəbər lenti