Biləsuvarda 19 yaşlı gəlin evdən qaçıb - VİDEO
![Biləsuvarda 19 yaşlı gəlin evdən qaçıb - VİDEO Biləsuvarda 19 yaşlı gəlin evdən qaçıb - VİDEO](https://azvision.az/photos/evden_qacan1501352376_1501356054.png)
Lakin bir neçə gün sonra qayınatası və həyat yoldaşının təkidi ilə o, yenidən ər evinə gedib. Gedərkən isə anasına bir də belə hal olacağı təqdirdə geri qayıtmayacağını və növbəti dəfə hara getməli olduğunu heç kimə bildirməyəcəyini deyib. Bu hadisədən 2 gün sonra belə də olub.
İyulun 25-də İlahə Zeynalova yaşadığı evi xəbərsiz tərk edib. Evdən çıxarkən o, yaşyarımlıq körpəsini və sənədlərini də özü ilə götürüb.
Artıq 5 gündür ki, yaxınları onu axtarsalar da hələ ki, bir nəticə yoxdur. Məsələ ilə bağlı Biləsuvar rayon polis şöbəsinə də məlumat verilib. (Xəzər TV)
AzVision.az
Teqlər: Biləsuvar