Bakıda restoranda yanğın olub
![Bakıda restoranda yanğın olub Bakıda restoranda yanğın olub](https://azvision.az/photos/fireman_200316_1501392627.jpg)
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m2 olan ikimərtəbəli restoranın 1-ci mərtəbəsinin girişində asma tavanın altından keçən elektrik kabeli 8 p.m yanıb.
Restoran yanğından mühafizə olunub.
Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az