Xətaidəki yanğın söndürülüb - Yenilənib

Xətaidəki yanğın söndürülüb - Yenilənib
  30 İyul 2017    Oxunub:1741
Xətai rayonu ərazisində baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 2 hektar sahədə quru ot və məişət tullantıları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

***
(12:50)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda boş ərazidə quru ot və məişət tullantılarının yanması haqqında məlumat daxil olub.

AzVision.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

AzVision.az


Teqlər: FHN   Yanğın   Xətai  





Xəbər lenti