Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakıda çoxmərtəbəli binada yanğın olub
  30 İyul 2017    Oxunub:1299
Bu gün Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan mətbəxin, dəhlizin lambirdən ibarət tavan 9 m2 sahədə və 2 ədəd plastik qapı əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı   Bina  





Xəbər lenti