6 günlük körpənin öldürülərək atıldığı quyu - Video

6 günlük körpənin öldürülərək atıldığı quyu - Video
  31 İyul 2017    Oxunub:3371
6 günlük qız uşağı öldürülərək 5 metir dərnlikdə olan quyuya atılıb.
Lənkəranın Darquba kəndində Mələk Nurullayevanın meyiti səhər saatlarında ailə üzüvlər tərəfindən həyətdəki su quyusundan tapılıb. Bakı şəhərində yaşayan Nurullayevlər ailəsi dünən yaxın qohumları ilə birlikdə Mələyin altı axşamını qeyd etmək üçün Lənkərana gəliblər. Hadisə baş verən gecə isə evdə körpənin atası Şaiq Nurullayev, anası Valiyə Nurullayeva, nənəsi Atifə Nurullayeva və 10-a yaxın digər yaxın qohumlar olublar. Səhər saat 5 radələrində anası tərəfindən yedizdirildikdən sonra yuxuya gedən Mələk iki saatadan sonra yatdığı yerdən yoxa çıxıb.

Yuxdan oyanan anası və evdəki şəxslər uşağı yerində görmədikdə onu axtarmağa başlayıblar. Mələyi axtaran ailə üzüvləri 6 günlük körpəni üstü taxta və üç böyük daşla bağlı olan su quyusunda tapıblar.

Körpənin öldürülərək quyuya atıldığını görən ailə dərhal Lənkəran şəhər polis şöbəsinə məlumat verib. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları quyudan çıxarılımış Mələyin cansız bədənini Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil veriblər.

Qeyd edək ki, öldürülən körpə ailənin ikinci qız uşağı olub və Mələkdən böyüyünün 4 yaşı var.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. (ARB TV)



AzVision.az


Teqlər: Lənkəran   Mələk   Qətl  



Xəbər lenti