Xəzərin sahilində meyit tapılıb

Xəzərin sahilində meyit tapılıb
  01 Avqust 2017    Oxunub:1353
Bakıda Xəzər dənizinin sahilində meyit tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin cəsədinin göründüyü barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1965-ci il təvəllüdlü Məmmədov Azadın cəsədini sahildən taparaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: Dəniz   FHN  





Xəbər lenti