- Atam keçən ay vəfat etdi. Onun 40 mərasimini vermədim. Fikirləşdim ki, bu, əlavə xərcdir. Onun əvəzinə Kambocada yaşayan müsəlmanlara su çəkdirdim. Orada 1 milyon 500 min kasıb müsəlman yaşayır. Onlar yağış suyunu yığır və içirlər. Artezian qazmağa imkanları yoxdur. Orada yaşayan və xeyriyyəçiliklə məşğul olan dostum Göksəl Uzunla danışdım. Ona 250 dollar göndərdim ki, əhali üçün bulaq açdırsın. Üzərində isə vəfat etmiş atamın adı qeyd edilsin. Hər dəfə o bulaqdan istifadə edən insanlar atama rəhmət oxuyar. Bu, mənə bəs edər.
![](https://azvision.az/photos/qalib-namazov_1501591191.jpg)
Qalib Namazov qeyd edib ki, o, bu addımı ilə hər kəsə nümunə olmaq istəyir.
![](https://azvision.az/photos/kambodca-bulaq_1501591185.jpg)
AzVision.az