Lənkəranda bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.