Bakıda evdən 25 minlik qızıl oğurlanıb

Bakıda evdən 25 minlik qızıl oğurlanıb
  02 Avqust 2017    Oxunub:1372
Bakıda mənzildən külli miqdarda qızı oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də rayon ərazisindəki mənzillərdən birindən pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə oradakı seyfdən 3000 ABŞ dolları, 15000 ABŞ dolları dəyərində qızıl əşyalar və 15 ədəd qızıl diş olan protezi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti