Qubada reyd keçirilib, 50-dən çox sürücü cərimələnib
![Qubada reyd keçirilib, 50-dən çox sürücü cərimələnib Qubada reyd keçirilib, 50-dən çox sürücü cərimələnib](https://azvision.az/photos/dyp-masin_1501687370.jpg)
İstirahət mövsümü ilə əlaqədar əhalinin bir hissəsi şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Yol polisi sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyə edib. Qubaya gələn sürücülərə sürücülərin təhlükəsizlik qaydalarına ciddi nəzarət etmələrinin vacibliyi tövsiyə olunub.
Quba Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin təbliğat üzrə eksperti Azad Əsədov bildirib ki, vətəndaşlar yola çıxarkən avtomobillərinin texniki sazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Reyd zamanı 50-dən çox sürücü cərimələnib. (Report.az)
AzVision.az
Teqlər: Quba DYP Yol-Polisi Reyd