FHN-in işçiləri barəsində cinayət işi başlanıb
![FHN-in işçiləri barəsində cinayət işi başlanıb FHN-in işçiləri barəsində cinayət işi başlanıb](https://azvision.az/photos/757ab632b_1501768155.jpg)
Aparılmış araşdırmalar zamanı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunaraq saxlanması üçün FHN-ə verilmiş 167 min 887 manat dəyərində pirotexniki məmulatların nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində mənimsənilməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: Baş-Prokurorluq FHN Cinayət