28 yaşlı gəncin faciəvi sonu - Yenilənib
![28 yaşlı gəncin faciəvi sonu - Yenilənib 28 yaşlı gəncin faciəvi sonu - Yenilənib](https://azvision.az/photos/dderta_1501661368_1501773349.jpg)
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1989-cu il təvəllüdlü Təbriz Bağırov Abasət oğlunun cəsədi batdığı yerdə tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Neftçalada bir nəfər dənizdə batıb.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.
AzVision.az