Ekologiyanı pozanlar 32 min cərimələndi
Ümumilikdə, 48 iş üzrə 32 810 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 14933,3 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 178 iş üzrə 25430,29 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 27, icra qurumlarına və məhkəmələrə isə 6 iş göndərilib.
Aytən Zəhra
AzVision.az