Məktəb bazarında qiymətlər necədir? - VİDEO
Buna səbəb həm bazarlarda tünlük yaranmadan işini rahatçılıqla görmək istəyi, həm də qiymətlərin bu vaxtlar bir qədər ucuz olmasıdır.
Artıq yeni tədris mövsümünün yaxınlaşması Bakı Tikiş Evinin satış məntəqələrində canlanma yaradıb. Bakı Tikiş Evindən bildirilib ki, 13 mağaza ilboyu fəaliyyət göstərir. Formaların qiyməti isə dəyişməz olaraq qalıb. Aşağı siniflər üçün 40, yuxarı siniflər üşün isə 46 manat.
Məktəblilər üçün forma ilə yanaşı digər ləvazimatlar da varki uşaqlar üçün alınması vacibdir. Bunlardan biri məktəblilər üçün vacib olan çantadır. Çantaların da qiyməti formasına və ölçüsüə görə fərqlənir.
Digər ləvazimatlar isə dəftər, qələm və karandaşlardır. Bunlarında qiyməti ölçülərinə və növlərinə görə fərqlənir.
Bundan əlavə pozan, xətkeş, flomaster, plastilin, dəftər, kitab üzü, albom, suqabı və bu kimi bir sıra ləvazimatların qiyməti isə 5qəpik-5manat arasındadır. Məhsulların qiyməti çeşid və keyfiyyətindən asılı olaraq dəyişir. Orta hesabla, bir uşağı dərsə yola salmaq üçün valideynlər ən azı 150 manat xərc çəkməlidirlər. (Xəzər TV)
AzVision.az
Teqlər: