Zaqatalada 3 nəfər yol qəzasında ölüb - VİDEO
![Zaqatalada 3 nəfər yol qəzasında ölüb - VİDEO Zaqatalada 3 nəfər yol qəzasında ölüb - VİDEO](https://azvision.az/photos/zaqatalaqeza-(3)_1501963983.jpg)
Hər iki sürücü və avtomobillərdən birində olan sərnişin, 41 yaşlı Anar Hacıabdulhəmidzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Sürücü Qulu Razıyev xəstəxanaya daxil olduqdan bir müddət sonra dünyasını dəyişib.
Zaqatalada baş verən digər qəzada isə minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Ağır qəza səhər saat 4 radələrində Zaqatalada baş verib. Rayonun Aşağı Tala kənd sakini, 29 yaşlı Taleh Qaracayev idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.
Sürücü Taleh Qaracayev hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, Aşağı Tala kənd sakini 32 yaşlı Qismət Yunusov isə ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır. (ARB TV)
AzVision.az