İmişlidə bir nəfər kanalda batıb
![İmişlidə bir nəfər kanalda batıb İmişlidə bir nəfər kanalda batıb](https://azvision.az/photos/tonut_200614_1502017369.jpg)
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, İmişli rayonu, Çaxırlı kəndində 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlu kanalda çimərkən batıb..
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
AzVision.az