Bu günə gözlənilən hava şəraiti
![Bu günə gözlənilən hava şəraiti Bu günə gözlənilən hava şəraiti](https://azvision.az/photos/gunes-hava_1502168558.jpg)
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlıq
Avqustun 08-09-da Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir.
Azərbaycanın rayonlarında avqustun 08-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
AzVision.az