40 yaşlı kişi hər gün işə üzərək gedir - Video
O, artıq iki ildir ki, işə evinin yaxınlığından axan İzar Çayı ilə üzərək gedir. İşdə geyindiyi paltarı və istifadə etdiyi noutbuku su keçirməyən çantada gəzdirir.
Benjamin deyir ki, üzgüçülük onun əsəb sisteminə müsbət təsir edir. O, artıq əsəblərinə hakim olmağı bacarığını söyləyib.
Münhen sakini çay boyu iki kilometr üzdükdən sonra işə çatır. Hər gün bu rejimə əməl edən Benjamin iş yerinə çatandan sonra paltarını dəyişərək fəaliyyətə başlayır.
Onu da qeyd edək ki, Benjamin çaya girməmişdən əvvəl təhlükəsizliyi ilə əlaqədar çayın axın sürətini və temperaturunu yoxlayır.
Şahanə Rəhimli
AzVision.az