Hirkandakı yanğınla bağlı yeni məlumat
![Hirkandakı yanğınla bağlı yeni məlumat Hirkandakı yanğınla bağlı yeni məlumat](https://azvision.az/photos/hiurkan_1502190856.jpg)
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, təxminən 1 hektar ərazini əhatə edən yanğın zamanı yaş ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
Qeyd edək ki, ərazidə nazirliyin əməkdaşları tərəfindən 24 saatlıq növbətçilik rejimi təşkil edilib.
Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Hirkan Milli Parkının rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib.
Hazırda dəymiş ziyanın müəyyən edilməsi istiqamətində iş aparılır.
AzVision.az
Teqlər: Hirkan Milli-Park Yanğın