43 dərəcə isti olacaq
![43 dərəcə isti olacaq 43 dərəcə isti olacaq](https://azvision.az/photos/1430121154553deac21c8d6_1502181481_1502255638.jpg)
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 29-30°, Türkan, Hövsan, Sahil, Şıxda 30-31° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Qərb küləyi axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 38-43° isti, dağlarda gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.
AzVision.az