Göygöldə ağır qəza: Ölən və yaralılar var
![Göygöldə ağır qəza: Ölən və yaralılar var Göygöldə ağır qəza: Ölən və yaralılar var](https://azvision.az/photos/download19_1502288528.jpg)
Hadisə zamanı mikroavtobusun sürücüsü Gəncə sakini, 1956-cı il təvəllüdlü Təvəkkül Səfər oğlu Qasımov ölüb. Onun sərnişini İveta Musa qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bundan başqa, "VAZ-2107"in sürücüsü, 1977-ci il təvəllüdlü Şöhrət Əli oğlu Quliyev, onun anası, 1948-ci il təvəllüdlü Xanımzər Quliyeva və oğlu, 2005-ci il təvəllüdlü Əli Şöhrət oğlu Quliyev yaralanıb. Daha bir nəfərin xəsarəti yüngül olduğundan evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
AzVision.az