Qanunsuz ağac kəsilməsi faktı araşdırılıb

Qanunsuz ağac kəsilməsi faktı araşdırılıb
  10 Avqust 2017    Oxunub:1625
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Yasamal rayonu Ş. Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
ETSN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.

AzVision.az



Teqlər: ETSN   Ağac  





Xəbər lenti