Bakı-Sumqayıt qatarının hərəkəti bərpa edilib - Yenilənib
![Bakı-Sumqayıt qatarının hərəkəti bərpa edilib - Yenilənib Bakı-Sumqayıt qatarının hərəkəti bərpa edilib - Yenilənib](https://azvision.az/photos/15750395_793671814106458_1472498445_n_1489664190_1490595505_1502378880.jpg)
AzVision.az xəbər verir ki, qatar aşağı sürətlə Sumqayıt istiqamətində hərəkət edir.
***
Bu gün saat 19:10 radələrində Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.
AzVision.az-ın məlumatına görə, Sumqayıt istiqamətində hərəkətdə olan qatar Biləcəri stansiyasına çatmamış dayanıb.
Qatar 20 dəqiqədən çoxdur ki, gecikir. Bələdçilər sürət qatarında texniki problemin olduğu elan ediblər.
***
Əməkdaşımızın verdiyi məlumata görə, qatarda yaranan texniki problemi həll etmək üçün "28 May" stansiyasından kömək çağırılıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Bakı-Sumqayıt Qatar