Binəqədidəki yanğında xəsarət alanlar var - Yenilənib
![Binəqədidəki yanğında xəsarət alanlar var - Yenilənib Binəqədidəki yanğında xəsarət alanlar var - Yenilənib](https://azvision.az/photos/fhn_1502384441.jpg)
***
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 175 m2 olan mansard tipli tikinti materiallarının satışı mağazasının dam örtüyü və mansardı 168 m2 sahədə, bitişik ümumi sahəsi 96 m2 olan çay evinin damı və mansardı yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, mağazanın qalan hissəsi və digər bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 20:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Bakıda yanğın baş verib.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən mağazanın dam örtüyündə yanğın başlayıb.
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 20:32-də yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
AzVision.az