Çaylarda sululuq səviyyəsi açıqlanıb
![Çaylarda sululuq səviyyəsi açıqlanıb Çaylarda sululuq səviyyəsi açıqlanıb](https://azvision.az/photos/caykar_1500790657_1502456859.jpg)
Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 62 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.5 m3/s olmaqla, ongünlük normanın 17 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 92 faizinə bərabər olub.
Avqustun 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqələrində 4, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, Salyanda 3, Bankədə 22 sm artım qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2016-cı il avqustun 11-də 365 sm), Şirvanda 207 sm, Salyanda 126 sm (2016-cı il avqustun 11-də 150 sm), Bankədə 205 sm (2016-cı il avqustun 11-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 63 sm (2016-cı il avqustun 11-də 76 sm) təşkil edir.
AzVision.az
Teqlər: Ekologiya Nazirlik Çay