Lökbatanda partlamamış mərmilər tapılıb
![Lökbatanda partlamamış mərmilər tapılıb Lökbatanda partlamamış mərmilər tapılıb](https://azvision.az/photos/anama_140817_01_1502713301.jpg)
Agentliyin mütəxəssisləri dəmir yolu xəttinin kənarında qazıntı aparılan əraziyə baxış keçirib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunan 2 ədəd 115 mm-lik top mərmisi (BM-21) götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Sursatların ətrafında 240 kv.metr əraziyə yeraltı və 900 kv.m əraziyə isə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
AzVision.az