Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.