Lənkəranda dəhşətli qəza: 2 ölü, 5 yaralı
![Lənkəranda dəhşətli qəza: 2 ölü, 5 yaralı Lənkəranda dəhşətli qəza: 2 ölü, 5 yaralı](https://azvision.az/photos/lenkeran_1502860573.jpg)
Hadisə zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki daha bir sərnişin aldıqları xəsarətdən qəza yerində ölüblər. Qəza zamanı "Mercedes"in sürücüsü Süleymanov Rüstəm Tarif oğlu, 1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Mikayılova İradə, Lənkəran sakini Əlizadə Elmədddin Cabbar oğlu xəsarət alıblar. Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəza zamanı şəxsiyyəti hələlik müəyyənləşdirilməyən daha bir şəxs ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Report)
AzVision.az