Bir gecədə üç ev yandı
![Bir gecədə üç ev yandı Bir gecədə üç ev yandı](https://azvision.az/photos/yangin_ev_0521_1502861654.jpg)
Saatlı rayonu, Mollavazlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 154 m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:25-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının Pirallahı rayonunda da vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az