Azərbaycanda nadir arxeoloji tapıntılar oğurlanıb
![Azərbaycanda nadir arxeoloji tapıntılar oğurlanıb Azərbaycanda nadir arxeoloji tapıntılar oğurlanıb](https://azvision.az/photos/arxeoloji_1502896672.jpg)
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova APA-ya faktı təsdiqləyib. O bildirib ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub.
Qeyd edək ki, bir müddət əvvəl Lerik rayonunda Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb. Piboz təpə adlanan ərazidə tapılan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib. Ekspedisiyanın rəhbəri Ceyhun Eminli mətbuata bildirib ki, ərazidə 120-dən çox qəbir tapılıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilib.
AzVision.az
Teqlər: AMEA