Lənkərandakı dəhşətli qəzanın görüntüləri - VİDEO
![Lənkərandakı dəhşətli qəzanın görüntüləri - VİDEO Lənkərandakı dəhşətli qəzanın görüntüləri - VİDEO](https://azvision.az/photos/qeza-2_1502901248.jpg)
Qəza nəticəsində "VAZ"-ın sürücüsü Kamran Xudiyev və 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində dünyasını dəyişib.
"Mercedes"in sürücüsü, sərnişinləri - Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova, 33 yaşlı İradə Mikayılova, "VAZ"-ın sərnişinləri Elməddin Əlizadə və Facir Əlimirzəzadə təcili tibbi yardım avtomaşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Facir Əlimirzəzadənin vəziyyəti ağır olaraq qalır.
Hadisə zamanı avtomaşında sıxılmış vəziyyətdə qalan "VAZ"-ın sürücüsünün cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır. (ARB TV)
AzVision.az