Yevlaxda ağır qəza: Ana və qızı yaralandı
![Yevlaxda ağır qəza: Ana və qızı yaralandı
Yevlaxda ağır qəza: Ana və qızı yaralandı](https://azvision.az/photos/1495911936-9563_1502911265.jpeg)
Belə ki, Yevlax Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında "Opel" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə "Opel"dəki sərnişinlər - Bakı şəhər sakinləri, 1967-ci il təvəllüdlü Zibeydə Ramazan qızı Ağayeva və onun qızı, 1994-cü il təvəllüdlü Lalə Həsən qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az