Bakıda oyun zalından oğurluq edilib

  17 Avqust 2017    Oxunub : 360
Bakıda oyun zalından oğurluq edilib

Xətai rayonu ərazisindəki oyun zallarından birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar.

AzVision.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki oyun zallarından birindən 5 ədəd televizor, 4 ədəd oyun aparatı və 13 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Rzayev, Ağdam rayon sakini Anar Mehdiyev və Gürcüstan vətəndaşı Rahib Abdullayev tutulublar.

AzVision.az

Teqlər: DİN   Oğurluq