Son anda xilas oldu

Son anda xilas oldu
  17 Avqust 2017    Oxunub:1376
Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

AzVision.az


Teqlər: FHN   Dəniz   Xəzər  





Xəbər lenti